Ermənistan diasporla iş müstəvisində geriləyib

   Ermənistan diasporla iş müstəvisində geriləyib
  24 Sentyabr 2021    Oxunub:1211
Bu və ya digər şəkildə diaspor ilə bağlı bütün məsələlərdə Ermənistanın geriləməsi qeydə alınıb. Nəicədə daim erməni idnetikliyini qoruyub-saxlayan ənənəvi diasporun itirililməsi təhlükəsi yaranıb.
Ermənistan baş nazirinin diasporla iş üzrə baş səlahiyyətli müvəkkilil Zare Sinanyan parlamentin İnsan haqları və ictimai münasibətlər Komissiyasının iclasında belə bəyantala çıxış edib.

Onun sözlərinə görə, bu proses hələ Livandakı vətəndaş müharibəsində həm paytaxt Beyrutun, həm də bütövlükdə Livanın erməni əhalini tamamilə itirməsi zamanı başlayıb. “Mən hələ İran və ya Suriya müharibələrinin nəticələrini demirəm”, - Sinanyan qeyd edib.

Səlahiyyətli müvəkkil yaranmış vəziyyətlə bağlı hökumətin gördüyü tədbirlər, o cümlədən diaspor ermənilərinin problemlərinin həlli və onların sonrakı repatriasiyası yönündə aparılan işlər barədə məlumat verib.

Ölkə əhalisinin ildən-ilə daha da azalması fonunda Ermənistanın guya diaspor ermənilərinin problemlərinin həlli üzərində “baş sındırdığı”na inanmaq çox çətindir. Çünki tarixən əslində Ermənistan hakimiyyəti özünün üzləşdiyi problemləri erməni diasporunun ianələri hesabına həll edib.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan   Diaspora  





Xəbər lenti