Prezident: ““Bayraktar”lar düşməni dəhşətə gətirirdi”

      Prezident:    ““Bayraktar”lar düşməni dəhşətə gətirirdi”
  24 Sentyabr 2021    Oxunub:875
““Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük”.
Azvision.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

““Bayraktar”lar artıq düşməni dəhşətə gətirirdi və qənimət kimi götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişik. Yəni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə “Bayraktar”lar düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi. Buna görə, artıq qeyd etdiyim kimi, onlar tankların çoxunu, sadəcə, atıb getmişdilər”, - deyə dövlət başçısı vurğulayıb.

Azvision.az


Teqlər: Bayraktar  





Xəbər lenti