İrəvan məğlubiyyətin günahkarını axtarır: Əsas hədəf Arutyunyanlardır

   İrəvan məğlubiyyətin günahkarını axtarır:   Əsas hədəf Arutyunyanlardır
  24 Sentyabr 2021    Oxunub:1021
Sentyabrın 27-də Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasının bir ili tamam olur. İrəvanda hələ də məğlubiyyətin əsas səbəbkarları axtarılır, müxtəlif istintaq işləri aparılır.
Azvision.az xəbər verir ki, "Joğovurd" nəşri mövzu ilə bağlı maraqlı bir məqalə dərc edib. Yazıda hüquq-mühafizə orqanları, xüsusən də Ermənistan İstintaq Komitəsinin hazırda Müdafiə Nazirliyində çalışan və işdən azad edilmiş yüksək rütbəli məmurları dindirməsinin detalları əks olunub.

"Redaksiyamıza daxil olan məlumata görə, dindirmələr zamanı 44 günlük məğlubiyyətin mümkün günahkarları haqqında suallar da verilib. Sorğu-sual edilən məmurlara əsasən müharibədə Arayik Arutyunyanın günahkar olub-olmadığı və ya məğlubiyyətimizə səbəb olan hansı addım atdığı soruşulur. Qeyd edək ki, "Müdafiə Ordusu"nun keçmiş "komandanı" Cəlal Arutyunyana qarşı da çoxlu ifadələr var"-, nəşr yazıb.

Məqalə müəlifi həmçinin yazır ki, Baş Prokurorluğun nəzarəti altında araşdırılan 2000-dən çox hərbi işdən 41-i artıq məhkəməyə göndərilib. 44 gün davam edən müharibə zamanı törədilən cinayətlərdə 800 -dən çox adam günahkar sayılır.

"7 yüksək rütbəli hərbçinin, Baş qərargah rəisi müavininin adları məlum müxtəlif hərbi cinayətlərdə səsləndirilir. General Andranik Makaryan xidməti səhlənkarlıqda ittiham olunur. Onun ittiham olunduğu əməllər isə müharibə ilə əlaqədardır. Amma Makaryan günahını etiraf etmir. Məhkəməyə gətirilən 25 işin yarısından çoxu müharibə zamanı qanunsuz silah və sursat ötürülməsi ilə bağlıdır və 28 nəfər bu işdə təqsirli bilinir. 7 cinayət işi isə könüllü şəkildə xidmət məntəqəsini tərk etməklə bağlıdır, 9 nəfər fərarilikdə ittiham olunu. Təqsirləndirilənlərin əksəriyyəti sadə insanlardır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Məğlubiyyət  





Xəbər lenti