Daşkəsəndə itkin düşənlərin meyitləri tapılıb

  24 Sentyabr 2021    Oxunub :457
   Daşkəsəndə itkin düşənlərin meyitləri tapılıb
Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.
DİN-dən Azvision.az - a verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Azvision.az

Teqlər: İtkin   Daşkəsən  







Xəbər lenti