Azərbaycanın təşəbbüsü ilə BMT-də bəyanat yayılıb

  24 Sentyabr 2021    Oxunub :337
   Azərbaycanın təşəbbüsü ilə BMT-də bəyanat yayılıb
BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.
Bu barədə Azvision.az - a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.

Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.

Azvision.az

Teqlər: Azərbaycan   BMT  







Xəbər lenti