Naxçıvanda Azərbaycan-Türkiyə təlimi davam edir - VİDEO

   Naxçıvanda Azərbaycan-Türkiyə təlimi davam edir -    VİDEO
  25 Sentyabr 2021    Oxunub:862
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir. Təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.
Əlahiddə Ümumqoşun Ordudan Azvision.az -a verilən məlumata görə, 1oşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.



Azvision.az



Teqlər:





Xəbər lenti