"Gənclik evləri daha aktiv fəaliyyət göstərəcək"- Nazir

"Gənclik evləri daha aktiv fəaliyyət göstərəcək"-   Nazir
  25 Sentyabr 2021    Oxunub:1189
Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarımla yenidən bir araya gəldik və memorandum imzalandı.
Burada da bir neçə görüşümüz oldu. Bu görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi.

Azvision.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən “Texnofest” Festivalını ziyarət edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Azərbaycanda 30-dan çox Gənclik evinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bu evlərin daha da fəal işləməsi üçün danışıqlar aparılır. Bununla əlaqədar bir sıra planlar var. Gənclər və İdman Nazirliyi nəzdində müəyyən şöbələr bu evlərlə işləyir və onların fəaliyyəti yenidən təhlil edilir. Pandemiya ilə əlaqədar uzun zaman bağlı qalan, xüsusilə regionlardaki Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir.

Nazir festivaldaki Azərbaycan stendinə baxış keçirib, burada iştirak edən gənclərimizlə görüşüb.

Azvision.az



Teqlər: Nazir  





Xəbər lenti