Yuxarı Qarabağ kanalında batan oğlanın meyiti tapılıb

  26 Sentyabr 2021    Oxunub :302
   Yuxarı Qarabağ kanalında batan oğlanın meyiti tapılıb
Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, o, sentyabrın 24-də batmışdı.

Azvision.az

Teqlər: FHN  







Xəbər lenti