Şəhid övladları Şuşada ağac əkdilər - FOTOLAR

  26 Sentyabr 2021    Oxunub :390
   Şəhid övladları Şuşada ağac əkdilər -    FOTOLAR
“YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.
Azvision.az Fonda istinadən xəbər verir ki, layihə çərçivəsində şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

Həmçinin Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dair, eyni zamanda Bakı Media Mərkəzinin film təqdimatları gerçəkləşib.

Xatırladaq ki, 25-26 sentyabr tarixini əhətə edən “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində iştirakçılar üçün müxtəlif təqdimatlar, Şuşa şəhərinin müxtəlif yerlərinə ekskursiyalar təşkil olunub.

Şəhidlərimizin övladları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi ilə yaxından tanış olmaq, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər.





























Azvision.az

Teqlər: Şuşa   Şəhid  







Xəbər lenti