Azərbaycanda ötən gün 1 029 nəfər koronavirusa yoluxub

  26 Sentyabr 2021    Oxunub :336
   Azərbaycanda ötən gün 1 029 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 029 yeni yoluxma faktı qeydə alınıb, 2 680 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 480 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 457 nəfər vəfat edib, aktiv xəstə sayı 22 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 151, ötən müddət ərzində isə ümumilikdə 4 823 654 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus  







Xəbər lenti