Hərbi təyyarəçilərimizin “Texnofest-2021” festivalında növbəti uçuşu - FOTO

  26 Sentyabr 2021    Oxunub :324
   Hərbi təyyarəçilərimizin “Texnofest-2021” festivalında növbəti uçuşu -    FOTO
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.
Bu barədə Azvision.az müdafiə Nazirliyinə istinadən xəbər verir.

Uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb. Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.







Azvision.az

Teqlər:







Xəbər lenti