Bakı Anım Gününə belə hazırlaşır - FOTOLAR

  26 Sentyabr 2021    Oxunub :1910
 Bakı Anım Gününə belə hazırlaşır  -  FOTOLAR
Sabah Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakının bir sıra küçə və prospektləri Azərbaycanın dövlət bayrağları, plakatlar asılıb, Vətən müharibəsi barədə şüarlar yazılıb.

Eyni zamanda sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.











Digər şəkillərə fotolentdə baxa bilərsiniz:

Foto:Anar Bayramlı

Qalereya


Teqlər: Anım-günü  







Xəbər lenti