Azərbaycanın daha bir cüdoçusu Qran-pridə qızıl medal qazanıb

  26 Sentyabr 2021    Oxunub :404
   Azərbaycanın daha bir cüdoçusu Qran-pridə qızıl medal qazanıb
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirində komandamız daha bir qızıl medal əldə edib.
Azvision.az xəbər verir ki, səkkizdəbir finaldan mübarizəyə başlayan cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) əvvəlcə Sebastian Oldak (Polşa), sonra Vaçid Borçaşvili (Avstriya) və Xusen Xalmurzayevi (Rusiya) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Luka Maisuradze (Gürcüstan) üzərində qələbə qazanan M.Mehdiyev Qran-Prinin qalibi olub.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Hidayət Heydərov (73 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

Otuz beş ölkədən 240-dən çox idmançının qüvvəsini sınadığı turnirdə Azərbaycanı iki cüdoçu təmsil edib.

Azvision.az

Teqlər:







Xəbər lenti