"Bu gün dəmir yumruğun endiyi gündür" - Səfir

   "Bu gün dəmir yumruğun endiyi gündür" -    Səfir
  27 Sentyabr 2021    Oxunub:1327
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, diplomat "Twitter" səhifəsində yazıb:

"Bu gün 44 günlük şanlı yürüşün başladığı gündür. Bu gün analar, atalar, həyat yoldaşı və övladlarla halallaşıldığı gündür. Bu gün Qarabağın azadlığı üçün yolçuluğa çıxıldığı gündür. Bu gün dəmir yumruğun endiyi gündür. Mübarək olsun".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti