Peskov Rusiya-Türkiyə münasibətlərindən danışıb

  27 Sentyabr 2021    Oxunub :379
   Peskov  Rusiya-Türkiyə  münasibətlərindən danışıb
"Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çox işgüzar və etibarlı münasibətlər mövcuddur. Bu isə ciddi danışıqlar aparılmasına imkan yaradır".
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” proqramına açıqlamasında deyib.O, Türkiyə prezidenti Ərdoğanın Krımla bağlı dediklərinin onun Rusiyaya uğurlu səfər etməsi perspektivlərinə mane olmadığını əlavə edib.

“Mən vəziyyəti həddən ziyadə şişirtməzdim. Türkiyə hər halda bizim tərəfdaşımızdır və onunla çox inkişaf etmiş münasibətlərimiz var. Hərçənd, bu cür inkişaf etmiş münasibətlər fonunda mövqe ixtilaflarımız da qalır. Türkiyənin və cənab Ərdoğanın Krımla bağlı mövqeləri bizə məlumdur və onlar bunu gizlətmirdilər də. Bu bəyanatlar, belə desək, bir az xoşagəlməz iz buraxsalar da, heç bir halda Ərdoğanın Rusiyaya uğurlu, məzmunlu və konstruktiv səfər etməsi perspektivlərinə mane olmur”, - Peskov vurğulayıb.

Onun sözlərinə görə, Putin-Ərdoğan görüşünün mövzusu Suriyanın İdlib bölgəsində terrorçuların fəallaşması fonunda yaranan təhlükə olacaq. Bəzi ekspertlər Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqdan irəli gələn vəzifələrin də bu görüşdə müzakirə ediləcəyini bildirirlər. Dmitri Peskovun bəyanatı isə Moskvanın Türkiyə ilə strateji tərəfdaşlığa sadiq qalmaq fikrində olduğunu nümayilş etdirir.

Sahil İsgəndərov
Azvision.az

Teqlər: Peskov   Ərdoğan  







Xəbər lenti