Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub- YENİLƏNİB

  27 Sentyabr 2021    Oxunub :720
Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub-  YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak ediblər.

APA-nın xəbərinə görə, dövlət başçısı və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyublar.
Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılıb.



Ötən müddət ərzində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

***
13:40
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Azvision.az xəbər verir ki, Müzəffər Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azvision.az

Teqlər: Prezident   Anım-Günü  







Xəbər lenti