Sosial şəbəkədən qorxan ölkələr - SİYAHI

Sosial şəbəkədən qorxan ölkələr - SİYAHI
  23 Mart 2014    Oxunub:1992
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə iqtidarının Twitter sosial şəbəkəsini yasaqlaması ilə bu mövzu yenidən gündəmə gəldi: Məlum oldu ki, qonşu və qardaş Türkiyə sosial şəbəkəni yasaqlayan yeganə ölkə deyilmiş. Bəzi ölkələr bir neçə gün, bəziləri isə 3-4 illiyinə sosial şəbəkələrin fəaliyyətini dayandırıb. Siyahıya və yasaqların səbəblərinə göz yetirək.

İnterneti yasaqlayan 12 ölkənin siyahısına nəzər yetirək: Səudiyyə Ərəbistan, Cənubi Koreya, Tunis, Misir, İran, Suriya, Vyetnam, Kuba, Çin, Özbəkistan, Myanmar, Türkmənistan.

Məhdudlaşdırmalar adətən bir neçə həftə ilə məhdudlaşır. Amma Çin və İran nümunələrində olduğu kimi, bəzən 3-4 il boyunca davam edə bilir. Məhdudlaşmaların daimi olduğu tək ölkə isə Cənubi Koreyadır. Sosial mediaya qapılarını daim qapadan Koreyada bu vəziyyətin dəyişməyəcəyi təxmin edilir.

BANGLADEŞ

Ölkənin qabaqda gedən partiyalarından olan Avami Ligi Facebok-u 30 may 2010-cu ildə yasaqlandı. Səbəb olaraq dinsizliyi təşviq edən statusların, məzmunun yayılması idi Sözügedən məzmunların aradan götürülməsindən sonra facebook 2010-cu ilin 5 iyununda bərpa olundu.

ÇİN

2009-cu ildə ölkədə meydana gələn etiraz aksiyalarında xəbərləşmə vasitəsi kimi Facebook-dan istifadə edilməsi saytın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 30 avqust 2013-cü ildə Çində facebook yasağı aradan qalxdı.

MİSİR

2010-cu ildə Misirdə baş verən hadisələrə paralel olaraq Facebookun fəaliyyəti dayandırıldı. Xarici ölkələrdən gələn təzyiq nəticəsində bu yasaq qısa müddət davam etdi. Ümumən isə 2010-2012-ci illərdə ölkədə müxtəlif səbəblərə görə Facebook-un fəaliyyəti 86 dəfə dayandırıldı.

ŞİMALİ KOREYA

Facebook, Twitter və Youtube başda olmaq üzrə ölkədə rejimə qarşı olan hər cür internet bağlantısının faəliyyəti yasaqlanıb. Açılma ehtimalları isə çox yüksək deyil.

MAURITIUS

5 fevral 2007-ci ildə baş nazirin adına hazırlanan saxta profil ucbatından ölkədə Facebook bağlantısı kəsilib. Səhifənin fəaliyyəti cəmi bir gün dayandırılıb, sonradan yenidən bərpa olunub.

İRAN

2009-cu il seçkilərindən sonra ölkədə müxalifətin silahlanmasından, inqilaba doğru getməsindən narahat olan Tehran hakimiyyəti Facebooku yasaqladı. Ardınca Tvitter bağlantısını da qadağan edildi. 2013-cü ilin sentyabrında ölkədə hər iki saytın faəliyyətinə icazə verildi.

MƏRAKEŞ

Mərakeş kralı 6-cı Məhəmməd Facebookda barəsində saxta səhifələrin açılması ucbatından bu saytı yasaqlayıb. Oxşar səbəblərlə 2009-2013-cü illər arasında Facebook tez-tez yasaqlandı, amma daim qadağa olmadı.

SURİYA

Bu ölkədə isə facebook ilk dəfə 2007-ci ildə qadağan edildi. Dövlətə yönəlmiş etiraz xarakterli statuslar, səhifələr ucbatından yasaqlanan facebook qısa müddət sonra fəaliyyətini bərpa etdi.

FACEBOOK-UN AYLIQ 34 MİLYON İSTİFADƏÇİSİ VAR

- Aylıq aktiv istifadəçi sayı 34 milyon

- Bu rəqəm öncəki illə müqayisədə yüzdə 3 faiz artıb

- Gündəlik aktiv istifadəçi sayı 21 milyon nəfərdir

- Mobil telefonda aylıq istifadəçi sayı 21 milyon nəfərdir

- Mobil telefonda günlük aktiv istifadəçi sayı 9.5 milyon nəfərdir

TVITLƏR ƏN ÇOX SAAT 22.00-23.00-DƏ ATILIR

- Türkiyədə aylıq aktiv istifadəçi sayı 6.2 milyon nəfərdir

- İstifadəçilər saniyədə 92 tvit atır.

- İstifadəçilərin 61 faizi mobil telefon vasitəsilə tvitterə girir.

- Gündə ümumən 8 milyon tvit atılır.

- Tvitlərdə ortalama 70 xarakterdən istifadə edilir.

- Qadınların istifadə faizi 53-dür.

- Kişilərin istifadə faizi 47 faizdir.

- Ən çox 22.00-23.00 saatları arasında tvit atılır.


Teqlər:





Xəbər lenti