Şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edilib - FOTO

Şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edilib -    FOTO
  27 Sentyabr 2021    Oxunub:711
Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar keçirilən anım tədbirində bir qrup şəhid ailəsinin üzvü iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şücaət göstərərək şəhid olmuş bir qrup vətən övladının ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.
Azvision.az xəbər verir ki, orden və medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib. Tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, Azərbaycanımızın bütövlüyü və müdafiəsi uğrunda gedən döyüşlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından yaralanan və şəhidlik zirvəsinə ucalanlar olub.



Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Müharibə iştirakçılarının təltif edilməsi Vətənpərvər insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.



Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif edilmiş bir qrup şəhidin ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.



Şəhid valideynlərindən Habil Məmmədov, İlham Abdullazadə və Aytən Eyvazova dövlətimizə minnətdarlıq edərək müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.

Azvision.az


Teqlər: Naxçıvan   Şəhid  





Xəbər lenti