"Xalqımızın tənəzzülü 27 sentyabrda başladı"- Qasparyan

   "Xalqımızın tənəzzülü 27 sentyabrda başladı"-   Qasparyan
  28 Sentyabr 2021    Oxunub:671
İkinci Qarabağ müharibəsinin ildönümü ilə əlaqədar Ermənistan mediasında ölkə rəhbərliyinə qarşı aqressiv yazıların sayı artmaqdadır. Azvision.az xəbər verir ki, erməni jurnalist, Ermənistanın baş naziri vəzifəsinə namizəd olmuş Vazgen Manukyanın mətbuat katibi Ani Qasparyan xalqın rəzil duruma düşməsindən gileylənib.
O, müharibənin xalqa baha başa gəldiyini, hələ də dəhşət içində olduqlarını gizltəməyib.

-Düz bir il əvvəl tariximizin ən faciəli və utancverici enişlərindən biri olan Ermənistanın və erməni xalqının tənəzzülü başladı. Müharibənin başlanmasından bir il sonra bu faciə və rüsvayçılıqda günahkar bilinənlər nəinki cəzalandırılır, hətta onları seçkilərlə "təmizə" çıxarır, dövləti, xalqı məğlubiyyət dairəsində saxlamağa davam edirlər.

Xalqımız bu biabırçılığı qəbul etməyəcək. Öz avtoritetinizi dövlətin və xalqın boynuna dolamayın. Və unutmayın ki, siz müvəqqəti olaraq dövlət sükanı arxasındasınız. Tarixə əbədi olaraq erməni xalqının milli ləyaqətini tapdalayan və Ermənistanı böyük tənəzzülə uğradan "zarafatçıl" biri kimi düşdünüz.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Tənəzzül   Müharibə  





Xəbər lenti