Ermənilər Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirirlər- VİDEO

Ermənilər Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirirlər-   VİDEO
  28 Sentyabr 2021    Oxunub:1232
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Azvision.az xəbər verir ki, Səhiyyə Nazirliyinin qarşısına toplaşan vətəndaşlar pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən bəzi qaydaların aradan qaldırılmasını tələb edirlər.
Əsas tələb isə müxtəlif iş və vəzifələrdə çalışanların vaksinasiyadan keçmədikləri üçün hər 14 gündən bir "PCR" test verməsinin aradan qaldırılmasıdır.
Qeyd edək ki, Ermənistan rəhbərliyi vaksinasiya ilə bağlı tədbirləri sərtləşdirməyi planlaşdırır. Ölkədə ümumilikdə peyvəndlərə olan inam xeyli aşağıdır.



Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti