General: "Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazdı"

  28 Sentyabr 2021    Oxunub :368
    General:    "Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazdı"
“Bizim təqvimizdə artıq Zəfər Günü var. Ötən gün Anım Günü keçirildi və qarşıda ölkəmizi "Zəfər günü" bayramı gözləyir. Azərbaycan xalqının bu günə kimi belə təqvimi yox idi".
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi general-mayor Bəkir Orucov deyib. O bildirib ki, Ordumuz 44 gündə hər gün irəli gedib:

“Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi. Düşmən arxayın idi ki, yüksək hündürlüklər onlardadır və Azərbaycan Ordusu qalib gələ bilməyəcək. Onlar hətta düşünürdü ki, 2016-cı ilin aprelində Azərbaycanın işğaldan azad etdiyi əraziləri də geri ala biləcəklər. Amma ordumuz sədləri yardı, yüksəklikləri ələ keçirdi və qələbəni qazandı. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb".

Azvision.az

Teqlər: Ordu  







Xəbər lenti