UNEC ilə "McDonald’s Azərbaycan" arasında memorandum imzalandı - FOTO

  28 Sentyabr 2021    Oxunub :2390
   UNEC ilə "McDonald’s Azərbaycan" arasında memorandum imzalandı -    FOTO
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə McDonald’s Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və "McDonald’s Azərbaycan"ın Baş Direktoru Oskar Boqopolskiy arasında imzalanan memorandumda təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məsələləri öz əksini tapıb.
Sənədə əsasən, şirkət tərəfindən tələbələr üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsinin aparılması, istehsalat və könüllü təcrübə proqramlarının təşkili, təhsilalanların təhsil xərclərinin ödənilməsi, eləcə də spesifik sertifikasiya xərclərinə sponsorluq edilməsi kimi bir sıra məsələlər nəzərdə tutulub. Həmçinin həyata keçiriləcək layihələrə birgə dəstəyin verilməsi, tələbələrin ixtisas təcrübəsinin artırılması, informativ ekskursiyaların, müsabiqələrin təşkil edilməsi nəzərdə tutulur.


Qeyd edək ki, memorandumu UNEC-lə “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlığın başlanğıcı da hesab etmək olar. Tərəflər memorandum çərçivəsində gələcəkdə əməkdaşlıqlarını daha da inkişaf etdirməyi, müxtəlif sahələrlə bağlı birgə tədbirlər, layihələr həyata keçirməyi planlaşdırırlar.


Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, təhsil müəssisələri ilə ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında əlaqələrin genişlənmsinə də töhfə verəcək.

Teqlər: McDonalds   UNEC  







Xəbər lenti