İlon Maskın sərvəti 200 milyard dolları keçib

   İlon Maskın sərvəti 200 milyard dolları keçib
  28 Sentyabr 2021    Oxunub:976
“SpaceX” və “Tesla” kompaniyalarında hissələrə malik İlon Mask dünyanın ən varlı insanları reytinqində birinci yerə yüksəlib.
Azvision.az “Forbes” jurnalına istinadla xəbər verir ki, İlon Maskın sərvəti ilk dəfə 200 milyard dolları ötüb.

Belə ki, birja hərraclarının sonunda onun varidatı sutka ərzində 3,8 milyard dollar artaraq 203,4 milyard dollara çatıb. İlon Mask sərvəti 200 milyard dolları keçən üçüncü insan olub.

Reytinqdə ikinci yerin sahibi Ceff Bezosun varidatı 197,7 milyard dollar həcmində qiymətləndirilir. Üçüncü pillədə qərarlaşan Bernar Arno 175,7 milyard dollar sərvət sahibidir. Siyahıda dördüncü yerdə 131 milyard dollarla “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts, beşinci yerdə isə 126,4 milyard dollarla “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq qərarlaşıb.

Azvision.az



Teqlər: Milyarder  





Xəbər lenti