“ASAN Xidmət” işçilərinin sayı artırılıb

  28 Sentyabr 2021    Oxunub :311
   “ASAN Xidmət” işçilərinin sayı artırılıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azvision.az -ın xəbərinə görə, fərmana dəyişikliklə Pezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895-dən 995-ə qaldırılıb.

Azvision.az

Teqlər: ASAN-Xidmət  







Xəbər lenti