Pandemiya qurtaranda neftə tələbat bərpa olacaq - OPEC başçısı

  28 Sentyabr 2021    Oxunub :294
Pandemiya qurtaranda neftə tələbat bərpa olacaq -    OPEC başçısı
"Pandemiyanın ən pis mərhələsi bitəndə neftə tələbat bərpa olunacaq".
Azvision.az xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "Bloomberg"ə müsahibəsində deyib.

Barkindo pandemiyanın bitməsinin ölkələr arasında sərhədlərin yenidən açılmasına və səyahətlərin bərpasına töhfə verəcəyini bildirib.

O, qeyd edib ki, bərpa asta və qeyri-bərabər ola bilər.

"Məsələ OPEC + ölkələrinin 4 oktyabr görüşündə daha ətraflı şəkildə müzakirə olunacaq", - baş katib vurğulayıb.

Azvision.az

Teqlər: OPEK   Pandemiya   Neft  







Xəbər lenti