Ərdoğan və Putin bu gün görüşür

   Ərdoğan və Putin bu gün görüşür
  29 Sentyabr 2021    Oxunub:852
Bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Kremlin yaydığı məlumata görə, liderlər ticari-iqtisadi tərəfdaşlıq, Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Azvision.az "TASS"a istinadən xəbər verir ki, dövlət başçıları bir sıra digər aktual beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparacaqlar.

Rusiya lideri ətrafındakı insanların koronavirusa yoluxma hallarına görə iki həftəlik özünütəcriddən sonra Soçidəki iqamətgahında olacaq.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqlardan sonra sənədlərin imzalanması gözlənilmir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putin və Ərdoğanın Ankaranın Suriyadakı İdlib deeskalasiya zonasında terror qrupları ilə mübarizə öhdəliyini müzakirə edəcəklərini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti