Rusiya ATƏT-in Varşava görüşünü pozdu - Blinken

Rusiya ATƏT-in Varşava görüşünü pozdu -  Blinken
  29 Sentyabr 2021    Oxunub:1667
ABŞ Dövlət katibi Blinken Rusiyanı ATƏT-in Varşavada keçirilən İnsan Haqları toplantısını pozmaqda günahlandırıb. Tədbirin sentyabrın 27 -də keçirilməsi planlaşdırılırdı.
"Təəssüf ki, ATƏT-in 2021-ci ildə İnsan Haqları Toplantısı Rusiya hökumətinin bu görüşü bloklamaq qərarı ucbatından baş tutmadı. Rusiya hakimiyyətinin pisləşən insan hüquqlarının vəziyyətinə nəzarətə maneə törətmək cəhdindən dərin təəssüf hissi keçiririk", - Blinken deyib.

Azvision.az RİA NOVOSTİ nəşrinə istinadən xəbər verir ki, Amerika diplomatik xidməti rəhbərinin sözlərinə görə, Vaşinqton insan hüquqları mövzusunda "ATƏT-dən və iştirakçı dövlətlərdən planlaşdırılan görüşü hələ də keçirmələrini gözləyir".

O, ABŞ-ın dünyada insan haqları pozuntularına laqeyd qalmayacağını vurğulayıb.

"Biz regionda insan hüquqları ilə bağlı bütün məsələlərə ATƏT-in diqqətini cəlb etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik", - dövlət katibi yekunlaşdırıb.

Nadir Quliyev
Azvision.az




Teqlər: Blinken   Rusiya  





Xəbər lenti