Ermənistanda demokratiya geriləyib - "Freedom House"

 Ermənistanda demokratiya geriləyib -  "Freedom House"
  29 Sentyabr 2021    Oxunub:1027
Beynəlxalq İnsan Haqları Təşkilatı “Freedom House” Ermənistanda ciddi hüquq pozuntusuna dair məlumat yayıb.
Azvision.az xəbər verir ki, təşkilat İrəvanın fikir azadlığını boğduğunu, “Facebook” istifadəçilərindən birinin Ermənistanın baş naziri Nikol Paşinyanı sosial şəbəkələrdə aşağıladığı üçün açılan cinayət işindən narahatlığını ifadə edib.

- Bu, parlamentin hökumət rəsmilərinə "ağır təhqirləri" cinayət işi sayan düzəlişləri qəbul etməsindən cəmi iki ay sonra baş verdi. Düzəliş isə Ermənistanda demokratiya normalarının, o cümlədən söz azadlığının açıq şəkildə geriləməsini simvollaşdırdı. Biz Ermənistan hakimiyyətini təhqiri cinayət sayan bu konstitusiyaya zidd qanunun tətbiqinə dərhal son qoymağa çağırırıq.

Tural Tağıyev
Azvision.az



Teqlər: Freedom-House   Ermənistan   Həbs  





Xəbər lenti