Göyçayda körpü uçmayıb: Agentlik təkzib etdi

Göyçayda körpü uçmayıb:     Agentlik təkzib etdi
  29 Sentyabr 2021    Oxunub:659
Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video-görüntülü məlumat paylaşılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində AAYDA-ın balansında olan hər-hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb.

Azvision.az



Teqlər: AAYDA  





Xəbər lenti