Avropada qazın qiyməti 1000 dolları ötüb

   Avropada qazın qiyməti 1000 dolları ötüb
  29 Sentyabr 2021    Oxunub:1019
Avropada təbii qazın qiyməti 8 % bahalaşaraq 1 000 kubmetr üçün 1 000 ABŞ dolları həddini ötüb.
Azvision.az xəbər verir ki, Londonun “İCE Futures” birjasındakı hərrac zamanı TTF onlayn satış mərkəzində qazın oktyabr fyüçersləri 1 032 ABŞ dollardan başlayaraq 1 045 ABŞ dollarınadək yüksəlib.

Qeyd edək ki, TTF-dən satılan qazın fyüçersləri cəmi bir ay bundan əvvəl 1 000 kubmetr üçün 500 ABŞ dolları səviyyəsini cüzi keçmişdi.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti