ABŞ Kremlin hərbi sirlərini necə əldə edib - Məxfi qovluq

   ABŞ Kremlin hərbi sirlərini necə əldə edib - Məxfi qovluq
  29 Sentyabr 2021    Oxunub:2290
Amerikanın məşhur hərbi nəşrlərindən birində hərbi sirlərin əldə edilməsinə dair maraqlı yazı dərc edilib. Köşə yazarı Çarli Qao Rusiya ilə ABŞ arasında yaranmış yeni soyuq münasibətlər fonunda 90-cı illərin hadisələrini xatırladıb.
Azvision.az xəbər verir ki, məqalədə Sovet İttifaqının dağılması zamanı Rusiya hərbi sirlərinin ABŞ -a dəyərsiz şəkildə satılmasından söz açılır.

Bildirilir ki, həmin dövrdə 21 çoxfunksialı dördüncü nəsil MiQ-29 qırıcısının satışı reallaşıb. Qaonun sözlərinə görə, ağır dönəmlərdə Moldova hökumətinin maliyyə durumu elə vəziyyətdə imiş ki, o, SSRİ -dən miras qalan belə böyük bir təyyarə parkını saxlaya bilməzdi.

- Xüsusilə də, ölkənin ixtiyarında 34 MiQ-29 qırıcısı, səkkiz çox məqsədli Mi-8 helikopteri və bir neçə hərbi nəqliyyat təyyarəsi qaldı. Moldova belə vəziyyəti nəzərə alaraq digər keçmiş sovet respublikaları kimi əksər hərbi texnikalarını satmaq qərarına gəldi. İran Moldovanın MiQ-29 təyyarələrinin potensial alıcılarından birinə çevrilmişdi. Lakin ABŞ tezliklə reallaşacaq bu hərbi sazişdən xəbər tutdu. Vaşinqton Yaxın Şərqdəki əsas rəqibinin həmin dövrün ən yaxşı qırıcılarından birinə sahib olmasının qarşısını almaq üçün hər cür səy göstərdi.


Vaşinqtonda düşünürdülər ki, bu bazarlıqdan sonra İran "nüvə silahını rahat daşımaq qabiliyyətinə" sahib olacaq. Nəticədə, Moldova humanitar yardım qismində 21 MiQ-29 qırıcısı üçün 40 milyon dollar aldı. Qırıcılar Amerika mütəxəssisləri tərəfindən hərtərəfli öyrənilməsi üçün Ohayo ştatındakı hərbi bazaya hissələrə ayrılaraq çatdırıldı. Moldova yerdə qalan qanadlı nəqliyyat vasitələrini isə Eritreya və Yəmənə satdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Rusiya   Qırıcı  





Xəbər lenti