Lavrov və Şoyqu deputat mandatından imtina etdilər

   Lavrov və Şoyqu  deputat mandatından  imtina etdilər
  29 Sentyabr 2021    Oxunub:620
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu deputat mandatından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına ərizə təqdim ediblər.
Azvision.az xəbər verir ki, bu barədə MSK-nın qərar layihəsində bildirilir.

Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər üç gün ərzində - 17-19 sentyabr tarixlərində keçirilib. Səsvermə onlayn və ənənəvi formatda baş tutub.
Nəticələrə görə, hakim “Vahid Rusiya” Partiyası qələbə qazanıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin təklifi ilə Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” Partiyasının federal siyahısına müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilmişdi.

Məlumata görə, Yelena Şmeleva və Denis Prosenko da mandatı qəbul etməyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Seçki  





Xəbər lenti