"Qarabağdakı Monitorinq Mərkəzi sabitliyin qarantıdır" - Putin

   "Qarabağdakı Monitorinq Mərkəzi     sabitliyin qarantıdır" -   Putin
  29 Sentyabr 2021    Oxunub:1437
Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Rusiyanın dövlət başçısı bildirib ki, bu əməkdaşlıq sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatıdır.

Xatırladaq ki, Ərdoğan Soçidə işgüzar səfərdədir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Rusiya   Türkiyə   Qarabağ  





Xəbər lenti