"Suriya və Liviya mövzusunda uğurla əməkdaşlıq edirik" - Putin

 "Suriya və Liviya mövzusunda uğurla əməkdaşlıq edirik" -  Putin
  29 Sentyabr 2021    Oxunub:1120
"Rusiya və Türkiyə arasında Suriya və Liviya da daxil olmaqla, beynəlxalq mövzularda uğurlu əməkdaşlıq mövcuddur".
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

"Beynəlxalq arenada kifayət qədər uğurla əməkdaşlıq edirik. Mən, həm Suriya, həm də Liviya ilə bağlı mövqeləri əlaqələndirmək üçün təmaslarımızı nəzərdə tuturam", - Putin bildirib.

Xatırladaq ki, bu gün Ərdoğan Rusiyaya səfər edib, liderlərin görüşü Soçi şəhərində keçirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti