Tarif Şurası 200-dək dərmanın qiymətini təsdiq edib

   Tarif Şurası 200-dək dərmanın qiymətini təsdiq edib
  29 Sentyabr 2021    Oxunub:824
Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Azvision.az - ın Tarif Şurasına istinadən verdiyi məlumata görə, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 864 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində ( https://azvision.az/redirect.php?url=http://tariff.gov.az/documents/DVA.pdf ) yerləşdirilib.

Azvision.az


Teqlər: Dərman  





Xəbər lenti