"Ürək-damar xəstəliyindən ölümlər ilk sıradadır" - Həkim

   "Ürək-damar xəstəliyindən ölümlər ilk sıradadır" -    Həkim
  29 Sentyabr 2021    Oxunub:1345
"Ürək-damar xəstəlikləri ölüm səbəblərinin əsasını təşkil edir. Belə ki, ölümlərin 50 faizindən çoxu bu xəstəlikdən baş verir".
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev "Ümumdünya Ürək Günü " mövzusunda çıxışında deyib. O bildirib ki, 2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır. Lakin daha sonra onkoloji xəstəliklərdən ölümlərin önə keçəcəyi planlaşdırılır:

“Qohum evliliyi anadangəlmə ürək qüsurlarının əmələ gəlməsində əsas faktordur. Bu zaman digər xəstəliklər üçün də risk yaranır. Artıq hamiləliyin 7-ci ayında uşaqda qeyd edilən problemlər ortaya çıxmağa başlayır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ürək  





Xəbər lenti