Sabahdan rezidenturaya ixtisas seçimi başlanır

Sabahdan rezidenturaya ixtisas seçimi başlanır
  29 Sentyabr 2021    Oxunub:1598
Sabahdan rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, ixtisas seçimi sentyabrın 30-dan oktyabrın 4-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Azvision.az


Teqlər: Rezidentura  





Xəbər lenti