İt ağzında qalmışıq - Statistika

 İt ağzında qalmışıq -  Statistika
  29 Sentyabr 2021    Oxunub:1204
Bu ilin 6 ayında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) heyvan dişləmələri ilə bağlı 15 258 müraciət daxil olub. Bunlardan 13 152 hadisə it dişləməsi ilə bağlı olub

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq GEM-dən məlumat verilib.
Dişləmə hadisələrindən 8919-u məlum itlər, 4243-ü isə naməlum itlər (red- həmin itlər tapılmayıb) tərəfindən edilib. Cari ilin 6 ayında 1471 nəfəri pişik, 188 nəfəri siçovul, 437 nəfəri isə digər heyvanlar dişləyib.

Heyvan dişləməsi ilə bağlı mərkəzə müraciət edənlərdən 5741 nəfəri 0-18 yaş aralığında olanlar, 9517 nəfəri isə 18 yaşdan yuxarı şəxslərdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Heyvan-dişləməsi  





Xəbər lenti