“Azərbaycanla iqtisadi əlaqələr dərinləşəcək” - David Zalkaliani

    “Azərbaycanla iqtisadi əlaqələr dərinləşəcək” -    David Zalkaliani
  29 Sentyabr 2021    Oxunub:561
“İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası sözsüz ki, strateji tərəfdaşımız olan Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirəcək”.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.

Qeyd edək ki, komissiyanın səkkizinci toplantısı bu gün Bakıda keçiriləcək. D.Zalkaliani Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana yollanıb.

Azvision.az



Teqlər:





Xəbər lenti