Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

   Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir
  29 Sentyabr 2021    Oxunub:718
Çexiyanın xarici işlər naziri Yakub Kulqanek sentyabrın 29-da Azərbaycana rəsmi səfər edəcək.
Azvision.az bu barədə Çexiyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Nazir Bakıda həmkarı Ceyhun Bayramovla görüşəcək. O, həmçinin Çexiya-Azərbaycan biznes forumunun açılışında iştirak edəcək. Biznes forumda Çexiya şirkətlərinin infrastruktur layihələrində və ticarət tenderlərdə iştirakı məsələləri müzakirə olunacaq.

Azvision.az



Teqlər: Çexiya   Azərbaycan  





Xəbər lenti