COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  29 Sentyabr 2021    Oxunub :254
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 977 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 740 237 təşkil edir.

Azvision.az

Teqlər: Azərbaycan   Peyvənd   Koronavirus  







Xəbər lenti