Dünyada virusa yoluxanların sayı 234 milyonu keçib

   Dünyada virusa yoluxanların sayı 234 milyonu keçib
  30 Sentyabr 2021    Oxunub:550
Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 234 milyonu ötüb.
Azvision.az “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 234 017 091 yoluxma aşkarlanıb. Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 787 341 nəfərə çatıb. Virusa yoluxan 210 833 140 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Böyük Britaniya qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti