Ekvadorda həbsxanada atışma: 100-dən çox ölü

   Ekvadorda həbsxanada atışma:    100-dən çox ölü
  30 Sentyabr 2021    Oxunub:860
Ekvadorda 28 sentyabrda Quayas əyalətinin həbsxanasında cinayətkar qruplaşmaların üzvləri arasında baş verən atışmada ölənlərin sayı 100 nəfəri keçib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı insident zamanı 116 nəfər ölüb, 52 nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.

Həbsxanadakı vəziyyətlə əlaqədar olaraq Ekvador prezidenti Gilyermo Lasso ölkənin həbsxana sistemində 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Həbsxana  





Xəbər lenti