Türkiyənin "Bayraktar" xidmət mərkəzi Ukraynada tikiləcək

Türkiyənin "Bayraktar" xidmət mərkəzi Ukraynada tikiləcək
  30 Sentyabr 2021    Oxunub:846
Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.
Azvision.az -ın Ukrayna Prezidentinin saytına istinadən verdiyi məlumata görə, Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb.

Mərkəzin Müdafiə Nazirliyinin ərazisindəki Vasilkov şəhəri (Kiyev vilayəti) yaxınlığında tikiləcəyi qeyd olunur. Pilotsuz uçan aparatlara texniki xidmət və modernləşdirilməsi, eləcə də onlarla işləyəcək kadrların hazırlanması və təliminin keçirilməsi planlaşdırılır.

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti