Fransanın səfiri ABŞ-a qayıdıb

Fransanın səfiri ABŞ-a qayıdıb
  30 Sentyabr 2021    Oxunub:1125
Fransanın ABŞ-dakı səfiri Filipp Etien Parisdə məsləhətləşmələrdən sonra Vaşinqtona qayıdıb.
Bu barədə Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir. Səfir hava limanında jurnalistlərə müsahibə verməyib. Diplomat iki ölkənin lideri Co Bayden və Emmanuel Makron arasında baş tutan telefon danışığından sonra Vaşinqtona gedib.

Qeyd edək ki, hərbi-siyasi tərəfdaşlıq çərçivəsində atom sualtı gəmilərinin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya analoji “Naval Group” müqaviləsini tərk edib. 56 milyard avro dəyərində olan “Əsrin müqaviləsi” “Barracuda” sinfinə aid 12 sualtı hücum gəmisinin inşasını nəzərdə tuturdu.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian müqavilənin pozulmasını “arxadan vurulan zərbə” adlandırıb.

Azvision.az



Teqlər: ABŞ   Fransa  





Xəbər lenti