ABŞ "Patriot"u satsaydı, "S-400" almaq məcburiyyətində qalmazdıq - Ərdoğan

 ABŞ "Patriot"u satsaydı, "S-400" almaq məcburiyyətində qalmazdıq -  Ərdoğan
  30 Sentyabr 2021    Oxunub:1992
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi almasının NATO-ya zərər verməsi ilə bağlı tənqidləri rədd edib. Onun sözlərinə görə, ABŞ "Patriot" raketdən müdafiə sistemini Türkiyəyə satsaydı, Ankara "S-400"ləri almaq məcburiyyətində qalmayacaqdı.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan “New York Times” qəzetinə müsahibəsində bildirib.

Türkiyə lideri həm NATO-nun baş katibi Yens Stoltenberqin, həm də o vaxtkı ABŞ prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək hüququnu təsdiq etdiyini xatırladıb.

Onun sözlərinə görə, ABŞ-la çəkişməyə səbəb olmasına baxmayaraq "S-400"ləri almağa dəyərdi: "Məncə buna dəyərdi. Müdafiə sistemimizi istədiyimiz kimi gücləndirə bilərik".

Eyni zamanda, Türkiyə lideri Vaşinqtonla münasibətlərin Ankara üçün hələ də prinsipial əhəmiyyət kəsb etdiyini deyib: "Türkiyə ABŞ-la uzunmüddətli münasibətlərə malikdir. Bunun qorunaraq gücləndirilməsi lazımdır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti