Koronavirusdan ölən Rafael Cəbrayılov vaksinasiyadan imtina etmişdi

 Koronavirusdan ölən Rafael Cəbrayılov vaksinasiyadan imtina etmişdi
  30 Sentyabr 2021    Oxunub:1200
Penitensiar xidmət Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb. Xidmətdən Azvision.az -a daxil olan məluatda deyilir: "Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan "COVİD-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunmuş, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib".

Azvision.az


Teqlər: Eks-deputat  





Xəbər lenti