Abşeronda avtobus aşıb, xəsarət alanlar var - FOTOLAR

   Abşeronda avtobus aşıb, xəsarət alanlar var -    FOTOLAR
  30 Sentyabr 2021    Oxunub:723
Abşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report"un xəbərinə görə, hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.







Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti