Kürdəxanıda avtobus qəzasında iki nəfər xəsarət alıb - Rəsmi

Kürdəxanıda avtobus qəzasında iki nəfər xəsarət alıb  -  Rəsmi
  30 Sentyabr 2021    Oxunub:1227
Məmmədli-Kürdəxanı yolunda baş verən avtobus qəzası zamanı yüngül xəsarətlər alan iki nəfərə yerində yardım göstərilib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə Təcili Yardım briqadası göndərilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Azvision.az -a bildirib ki, bu gün saat 14:00 radələrində Kürdəxanı qəsəbəsində Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən 537 nömrəli, 90 FB 546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun iştirakı ilə qəza baş verib:

"Xidmət əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib. Faktla bağlı araşdırma gedir. Bəzi sosial hesablarda xeyli insanın xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtobusun salonunda 4 sərnişin və sürücü olub. Sərnişinlər yüngül xəsarət alıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Avtobus   Qəza  





Xəbər lenti