Ərdoğan və Putin Qarabağı müzakirə edib - Peskov

Ərdoğan və Putin Qarabağı müzakirə edib -    Peskov
  30 Sentyabr 2021    Oxunub:1130
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə Qarabağ nizamlanmasın müzkirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rəsmi Moskva vurğuladı ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdırlar", - Peskov söyləyib.

Onun sözlərinə görə, prezidentlər Əfqanıstan, Liviya və Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər.

"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan konstruktiv və vaxtında danışıqlar apardılar", - Kreml rəsmisi deyib.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Rusiya   Türkiyə   Qarabağ  





Xəbər lenti